Biz kimik?

Solvemark 2022-ci ildə Azərbaycan-Türkiyə tərəfdaşlığı ilə fəaliyyətə  başlamış yeni nəsil rəqəmsal marketinq şirkətidir. Biz ən son texnoloji alətlər, komandamızın yaradıcı ideyaları, xidmət müxtəlifliyi və keyfiyyəti ilə Azərbaycanda ənənəvi reklam agentliklərini geridə qoyaraq bütün seqmentlərdən olan bizneslərə “360 Dərəcə Rəqəmsal Həllər “təklif edirik.

360 Dərəcə -Yeni Nəsil Rəqəmsal Marketinq Şirkəti

Solvemark olaraq bizim prioritetimiz məsləhət verdiyimiz şirkətlərə minimum büdcə ilə maksimum mənfəət təmin etməkdir. Bunun üçün iş tərəfdaşlarımızı dinləyir, onların istəklərinə və şirkət quruluşuna uyğun strategiyalar müəyyənləşdirir, məlumatları ən doğru şəkildə şərh edir və hər büdcəyə uyğun xidmət təqdim edirik.

Solvemark şirkəti olaraq biz rəqəmsal marketinq kanalları vasitəsilə satış edərək dövriyyənizi artırmaq və rəqiblərinizi geridə qoyaraq brendinizi xəyallarınızdakı mövqeyə çatdırmaq üçün:

Bir çox sahə üzrə xidmətlər təklif edirik.

Bundan əlavə, biz yeni yaradılacaq brend üzrə prosesləri əvvəldən sona qədər idarə edir, brendin yaradılması üzrə “360 dərəcə yanaşması” ilə bütün əməliyyat və marketinq proseslərinə dair məsləhət xidməti veririk.

Suallarınızı cavablayaq!

Sizə xüsusi pulsuz məsləhət xidməti təklif edirik.
İstəyirsinizsə, əlaqə məlumatlarınızı paylaşın və biz sizinlə əlaqə saxlayaq. Sizə uyğun vaxtda görüş təyin edək.