MÜŞTƏRİLƏR SİZİ ASANLIQLA TAPSIN

Şirkətinizi inkişaf etdirmək üçün Google reklam həllərini təklif edirik.

Mütəxəssisimizlə onlayn görüş təyin edin və ödənişsiz məsləhət alın!

Solvemark-da nəticə verən onlayn reklamlar yaradırıq

Biz sizə klikləri artırmağa, online reklam xərclərini azaltmağa və daha çox satış əldə etməyə kömək edəcək alətlər və həllər təklif edirik.

Solvemark ile Google Onlayn Reklam Xidməti

Hesabın Qurulması

Google Ads hesabınızı işə salmaq üçün marketinq mütəxəssisimiz bir gün ərzində reklam hesabını aktivləşdirəcək.

Ölçmə

Biz bilirik ki, rəqəmlər yalan danışmaz. Biz Google Ads hesablarını təhlil etmək, onların performansını və səmərəliliyini ölçməkdə ixtisaslaşmışıq. Beləliklə, reklam büdcəniz heç vaxt boşa getmir.

Analiz

Qabaqcıl texnoloji imkanlarımız və analitik bacarıqlarımızla hər bir Google Reklam kampaniyasının potensialını maksimum dərəcədə artırmağa kömək edirik.

Optimallaşdırma

Xüsusi proqram və üsullardan istifadə edərək, sizin minimal səylə klikləmə nisbətinizi (CTR), orta klik başına dəyərinizi (CPC) və investisiya gəlirinizi (ROI) artıra bilirik.

Sizi müəyyən büdcə ilə məhdudlaşdırmırıq. 500 və ya 5000 manat, sizə lazım olan dünya səviyyəli xidməti təmin edirik.

Google Ads Onlayn Reklam Modelləri

Google hədəf auditoriyaya asanlıqla çatmaq üçün bir çox onlayn reklam modeli təklif edir. Solvemark-ın onlayn reklam xidməti brendinizi tanıtmaq və  reklamdan daha yüksək nəticə əldə etmək üçün doğru reklam modellərini müəyyənlədirməyə hazırdır.

SEM - Axtarış Motoru Marketinqi

SEM – Axtarış Motoru Marketinqi axtarış nəticələri səhifəsində üst sıralarda görünmənizi təmin edən ödənişli onlayn marketinq modelidir. Bu onlayn marketinq modeli Google reklamlarını əsas alır. SEM xidməti ilə rəqəmsal dünyadakı mövcudluğunuzu artıra, brendinizi tanıda və gəlirinizi yüksəldə bilərsiniz.

GDN - Google Ekran Reklamı Şəbəkəsi

Google müəyyən vebsaytlarla bağladığı müqaviləyə əsasən bu vebsaytlar şəbəkəsində ekran reklamı dərc edir. Bu onlayn reklam növünün dərc edildiyi şəbəkəyə GDN – Google Ekran Reklamı Şəbəkəsi deyilir. GDN e-ticarət sahəsində marka tanıtmaq üçün istifadə olunan təsirli vasitələrdən biridir.

Remarketinq - Yenidən Marketinq Modeli

Remarketinq – Yenidən Marketinq modeli onlayn reklamınızın vebsaytınızı ziyarət etmiş potensial ve ya mövcud müşterilərə fərqli kanallar vasitəsilə göstərilməsidir. Kuki  əsaslı bu model e-ticarət sahəsində istifadə olunan təsirli onlayn reklam modellərindən biridir.

İndi Başlayın

Google Onlayn Reklam Qiymətləri

Rəylər

Solvemark olaraq biz müştəri məmnuniyyətinə böyük əhəmiyyət verirrik. Biz həmişə müştərilərimizə müsbət təcrübə yaşatmağa və onların fikirlərini dinləməyə diqqət edirik.

Solvemark tapdığım ən yaxşı şirkətdir. Onlar mənə həmişə dəyərli fikirlər və həll yolları təklif edirlər. Həmişə fikirlərimi dinləyirlər və xidmətləri üçün münasib qiymət istəyirlər.

Asif Əliyev

Sahibkar

Solvemark-da bütün komanda biznesimin çox qısa müddətdə böyüməsinə kömək etdi. Mən onları yeni rəqəmsal marketinq tərəfdaşı axtaran hər kəsə tövsiyə edərdim!

Nurlan Həmidov

Stomatoloq

Tez-tez Verilen Suallar

Google Ads reklamları haqqında tez-tez verilən sualları ve cavabları oxuya bilərsiniz.

Google Adwords nədir?
Google Ads/Adwords rəqəmsal reklam platformasıdır. Bu platformanın məqsədi müəyyən açar sözlərlə əlaqəli məhsul ve ya xidmətləri axtarış nəticələrinin yuxarısında ve ya altında göstərmək yəni bazara çıxarmaqdır.
Keyword (Açar Söz) nədir?
Keyword (Açar Söz) məhsul və ya xidməti təsvir edən sözlər və ya ifadələrdir. Misal üçün, köynək, idman ayaqqabısı, Bayıl santexniki, Bakı evdən evə, ucuz istirahət otelləri, erkən rezervasiya, ucuz bilet…
Adwords reklamları harda dərc olunur?

Reklamlar əsasən Google axtarış səhifəsinin ilk 3 sırasında və son 3 sırasında, eləcə də Google şirkətinin bütün partnyor vebsaytlarında dərc olunur. Reklamlar milyonlarla səhifədə, o cümlədən Adsense reklam dərc edənlərin saytlarında göstərilir.

CPC (Kilk Başına Ödəmə) nədir?
CPC (Klik Başına Ödəmə) klik başına ödəyəcəyiniz maksimum məbləğdir. Klik başına ödəmə açar sözlərə, vaxta və rəqabətə görə dəyişir.
Adwords platformasında reklamlar necə sıralanır?
Hazırda reklamın sırası/dərəcəsi (Reklam Rank) = f (CPC Təklifi, Keyfiyyət Pulu, Genişləndirmənin və Formatların Gözlənilən Təsiri) riyazi düsturundan istifadə etməklə hesablanır. Bu sıralama hər bir elanın dəyərinə uyğun olaraq müəyyən dilir.
Öz reklamlarımı brauzer vasitesiyle yoxlayıram. Niyə bəzən görünmür?

Google Adwords, reklamları istifadəci davranışına və profilinə görə göstərir. Əgər bir reklam istifadəçiyə daim göstərilirsə və o istifadəçi reklamı heç vaxt klikləmirsə, reklamın istifadəçı üçün uyğunsuz olduğu müəyyənləşdirilir və reklamın göstərilməsi dayandırılır. Buna görə siz reklamlarınızın Google axtarışlarında göstərilib-göstərilmədiyini yoxlamaq üçün Reklama Baxış və Diaqnoz alətindən istifadə etməlisiniz.

İstədiyim hər məhsul və ya xidmətin reklamını Adwordsde verə bilərəm?

Xeyir, Google Adwords  siyasətinə uyğun olmayan məhsul və ya xidməti reklam edə bilməzsiniz. Misal üçün, silahlar, dərmanlar, replika məhsulları, atəşfəşanlıq məhsulları, bəzi kimyəvi məhsullar və s. Daha ətraflı məlumat üçün Adwords Siyasətləri səhifəsinə baxa bilərsiniz.

Alışveriş reklamı nədir?

Alışveriş reklamı axtarış nəticələri səhifəsində Alışveriş nişanında şəkilləri olan məhsul reklamıdır və adətən 5 maddəlik siyahı kimi axtarış nəticələrinin yuxarısında yerləşdirilir. Bu növ reklamlarda məhsulun şəklini və qiymətini klikləmədən görə bilərsiniz.

E-ticarət saytım üçün alış-veriş reklamından və ya axtarış reklamından istifadə etməliyəm?

Əgər məhsul satırsınızsa, mütləq alış-veriş reklamından istifadə etməlisiniz. Çünki alış-veriş reklamında istifadəçilər saytınıza klikləmədən həmin məhsul haqqında məlumat əldə edirlər. Bundan əlavə, alış-veriş reklamı üçün klik nisbətləri axtarış reklamıyla müqayisədə daha yüksəkdir. Məhsullarınıza və kateqoriyalarınıza uyğun olaraq bu iki elanı eyni anda dərc edə bilərik.

Remarketinq nədir?

Vebsaytınıza daha əvvəl daxil olmuş istifadəçilərə reklam göstərilməsi remarketinq metodudur. Beləliklə ziyarətçilər saytınızı tərk etsə belə, Adwords nəşriyyat saytlarının reklam yerlərində sizin reklamınızı görür. Bu reklam yüksək nəticə (çevrilmə nisbəti) təmin edir.

Adwords ilə yalnız Bakıda reklam göstərə bilərəm?

Bəli, Google Adwords ilə şəhər və rayon əsaslı reklamlar göstərə bilərsiniz. Məsələn, indiki yerimin 100 km radiusunda olan istifadəçilərə reklam göstərə bilərsiniz.

Bizi Seçən Müştərilər

Ödənişsiz Məsləhət Xidmətimizdən Xəbəriniz Var?

Suallarınızı cavablayaq!

Sizə xüsusi pulsuz məsləhət xidməti təklif edirik.
İstəyirsinizsə, əlaqə məlumatlarınızı paylaşın və biz sizinlə əlaqə saxlayaq. Sizə uyğun vaxtda görüş təyin edək.