Sertifikatlı
İntensiv Rəqəmsal Marketinq Təlimi

Türkiyədə 8 ildir uğurla fəaliyyət göstərən Woohoobox Şirkətinə 500.000-dən çox müştəri qazandıran peşəkar komandanın Rəqəmsal Marketinq Təlimində müştəri səyahətindən sosial media idarəçiliyinə, SEO-dan rəqəmsal reklam idarəçiliyinə və hətta marketinq strategiyalarına qədər bir çox məsələ əhatə edilib. Təlim, sektor üzrə ən son biliklər, şəxsi təcrübə mübadiləsi və real tətbiq hekayələri ilə zəngindir.

Solvemark olaraq rəqəmsal marketinq sahəsində təlim keçib, işləmək niyyətində olanlara dəstək olmağı hədəfləyirik. Təlimin sonunda imtahanda uğur qazanan 2 iştirakçıya iş, 2 iştirakçıya isə Solvemark-da təcrübə keçmək imkanı təklif edirik.

Rəqəmsal marketinq biliklərinizi möhkəm təməllər üzərində qurmağınız üçün bu təlimi hazırlamışıq.

Wooohoobox komandasının bəzi üzvlərinin onlayn qoşulacağı bəzilərinin isə fiziki iştirak edəcəyi dərslərin sonunda Solvemark-ın təsisçisi Elşad İbrahimov və Woohoobox-un təsisçisi Azər Şirinov təlim yerində suallarınızı cavablandıraraq təkbətək dəstək verəcəklər. Bu səbəbdən təlimdə fiziki olaraq iştirak etmək məcburidir.

Kvota 15 nəfərlə məhduddur.


2 iştirakçıya iş imkanı,
2 iştirakçıya təcrübə
fürsəti!

Təlimin Üstünlükləri

-Təlimi müvəffəqiyyətlə başa vuran hər kəsə imzalı sertifikat təqdim edilir.

– Təlimin sonunda imtahanda uğur qazanan 2 nəfərə iş, 2 nəfərə isə Solvemark-da təcrübə keçmək təklif olunacaq. Təlimi başa vurduqdan sonra iş və təcürbə imkanı qazanan iştirakçılar üçün çox gözəl fürsətdir!

– Rəqəmsal Marketinqin bütün aspektlərini əhatə edən təlim sayəsində bilikləriniz üçün möhkəm təməl formalaşdırılacaq. Sahə üzrə ümumi mənzərəni görmədən, əhatə dairəsini bilmədən təfərrüatlara varmaq, öyrənmə prosesində itib getməyinizə və prosesdən vaz keçməyinizə səbəb ola bilər. Möhkəm təmələ sahib olduqdan sonra biliklərinizi dərinləşdirməklə daha məhsuldar öyrənmə fürsəti əldə edə bilərsiniz.

Bunları bilməlisiniz!

-Təlimdə fiziki iştirak məcburidir. Woohoobox Komandasının bəzi üzvləri onlayn təlim keçsə də, gündəlik təlimdən sonra Solvemark-ın təsisçisi Elşad İbrahimov və Woohoobox-un təsisçisi Azər Şirinov suallarınızı cavablandıraraq sizə təkbətək dəstək verəcəklər.

-Yalnız bütün dərslərdə iştirak etmiş və 10 saatlıq təlimi başa vurmuş iştirakçılar sertifikat almaq hüququna malikdirlər.
Davamiyyət məcburiyyəti var. Davamiyyəti olmayan iştirakçılar sertifikat almaq hüququnu itirəcəklər.

-İş və təcrübə imkanları təklif olunacaq iştirakçılar üçün meyarlar:

  • 10 saatlıq təlimin tam başa çatdırılması;
  • Dərslərdə fəal iştirakını təmin etmək;
  • İmtahanda ən yüksək bal toplayanlardan biri olmaq;
  • Rəqəmsal Marketinq sahəsində davam etmək istəyi.

-Təlim Rəqəmsal Marketinqi öyrənmək istəyən və karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçündür.

-Gündəlik 2.5 saatlıq təlimdə, 1,5 saat nəzəri, 1 saat praktiki/interaktiv tədris nəzərdə tutulub.

Təlim Məzmunu

– Niyə Rəqəmsal Marketinq? Ənənəvi Marketinqin çatışmazlıqları?
– Haradan başlamaq lazımdır? Yol xəritəsi necə olmalıdır?
– SWOT Analizi
– Buyer Persona / Hədəf Auditoriya
– Sektor və Rəqib Analizi

– Müştəri Səyahəti
– Müştəri Engagement Strategiyası
– Marketinq Avtomatlaşdırma Alətləri
– Reklam Vasitəsi ilə Satış
– Orta Səbət Məbləğinin Artırılması
– Müştər Loyallığıi

– Sosial Media Nədir? Brendlər Üçün Niyə Vacibdir?
– Sosial Media və Brend Şüurluluğu
– Sosial Mediada Reklamların Vacibliyi?
– Sosial Media İdarəçiliyi Nədir və Necə Həyata Keçirilir?
– Sosial Media İdarəetmə Planının Hazırlanması
– Sosial Mediada Brend Kimliyinin Əks Etdirilməsi
– Ünsiyyət Strategiyasını Necə Hazırlamaq olar?

– Sosial Media İdarəetməsi Nədir?
– Sosial Media Alətləri?
– Nümunə Alətlər
– Sosial Mediada Swot Analizi

– Instagram, Facebook, Twitter, LinkedIn, TikTok Hesabının Yaradılması və Hesab Parametrləri
– Business Manager Nədir? Necə İstifadə Etməli?

-Sosial Media Hesabatını Necə Hazırlamaq olar?

– Dinləmə və Qarşılıqlı Əlaqə
– Sosial Mediada İstifadə Edilən Dil
– Auditoriyanın Aktivləşdirilməsi

– Məzmun Necə Hazırlanır?
– Məzmun Planlaşdırma Necə Edilir?
– Sosial Media Şəkli Hazırlanarkən Nələrə Diqqət Edilməlidir
– Şəkil Font və Rəng Seçimi
– Məzmun Hazırlanarkən İstifadə Edilən Alətlər
-Məzmun Hazırlanarkən İstifadə Efə Biləcəyiniz Mənbələr

– Sosial Media Reklamları və Google Reklamları Nədir?
– Sosial Media və Google Reklam Növləri
– Hədəf Müəyyənləşdirmə
– Strategiya Formalaşdırma
– Hədəfə Görə Sosial Media Platformasının Seçilməsi
– Hədəf Auditoriya Təhlili
– Açar Söz Təhlili
– Metrikaların Müəyyən Edilməsi
– Vacib Metrikalar
– Reklam Formalaşdırma
– Hesabat

– SEO Nədir?
– Açar Söz Təhlili
– Rəqib Təhlili
– Strategiyanın Yaradılması
– Vebsaytın Texniki Optimizasiyası
– Məzmun Optimallaşdırılması
– Metrikalar və Hesabatlıq

– Müştəri Əldə Etmək
– Trafik Artırılması
– Optimizasiya və Xərclərin Azaldılması

8 İllik Təcrübəsi ilə Woohoobox Komandası

Azər ŞİRİNOV
Azər ŞİRİNOV
Həmtəsisçi
Rəqəmsal Marketinq üzrə Ekspert
Büşra DEĞİRMENCİ
Büşra DEĞİRMENCİ
Sosial Media Meneceri
Mervenur YAŞAR
Mervenur YAŞAR
Sosial Media Meneceri
Gizem ACAR
Gizem ACAR
Marketinq Bələdçisi
SEO & Rəqəmsal Reklam
Sinem BEKİŞ
Sinem BEKİŞ
Marketinq Bələdçisi
Müştəri Əlaqələri

Suallarınızı cavablayaq!

Sizə xüsusi pulsuz məsləhət xidməti təklif edirik.
İstəyirsinizsə, əlaqə məlumatlarınızı paylaşın və biz sizinlə əlaqə saxlayaq. Sizə uyğun vaxtda görüş təyin edək.