Sosial Media Marketinqi Xidməti

Yüksək nəticə əldə etməyin ən uyğun yolu 

Biz sizin kimi məqsədyönlü brendlərə Facebook və Instagram marketinq gücünün istifadəsində kömək etməyə hazırıq.

 

Marketinq və brendinq məqsədlərinizə çatmaq üçün sosial media şəbəkələrində məzmun yaratmaq və paylaşmaq marketinqin bir formasıdır. Başqa sözlə, bu, sosial media və marketinq vasitələrinin birləşməsidir. Sosial medianın idarəedilməsi hədəf auditoriya və müştərilərin marka ilə necə tanış olması ilə yaxından əlaqəli bir anlayışdır. Sosial media hesablarının idarəedilməsi termini şirkətin məhsul və xidmətlərini bazara çıxarmaq üçün sosial media və rəqəmsal marketinq şəbəkələrindən istifadəni nəzərdə tutur. Sosial media xidməti üçün ilk olaraq sosial mediada marka, məhsul və ya xidməti tanıtmaq üçün məzmun yaradılmalıdır. Bu məzmunların orijinal olması və paylaşılacaq platformaya uyğunlaşdırılması da böyük əhəmiyyət kəsb edir. Sosial media xidməti şirkətlərə arzu etdikləri mədəniyyəti, missiyanı və ya imici təbliğ etməyə imkan verir, eyni zamanda, mövcud müştərilərlə əlaqə qurmaq və yeni müştərilərə çatmaq üçün bir yol təqdim edir. Sosial media marketinqi bütövlükdə biznesinizin böyüməsi üçün çox faydalıdır. 

Sifarişlərinizin Sayını və Markanızın Tanınmasını Artırın!

Gələcək illərdə də əməkdaşlığımızı davam etdirmək üçün sizə biznes məqsədlərinizə çatmağa kömək etməliyik. Bu məqsədlə biz sizin mövcud Facebook Reklam hesabınızı ödənişsiz test edirik və ona görə sizə reklam strategiyanızla bağlı təklif hazırlayırıq.

Sosial Media Marketinq Strategiya Necə Yaradılır?

Sosial media hər hansı bir şirkətin rəqəmsal dünyada mövcud uğuru üçün çox vacibdir. Sosial media marketinqi xidməti zamanı brendlər adətən bu xidmətdən tam yararlana bilmirlər. ‘İzləmə’, ‘bəyənmə’ və ‘paylaşım’ sayları vacib olsa da, bir markanın etibarlılığı və imici bundan daha artığı deməkdir. Müasir dövrdə sosial media şəbəkəsi brendlərin öz izləyicilərinin ehtiyaclarını tam anlamaq üçün unikal bacarıqlar tələb edir.

Sosial Media Platforması Nəyə Əsasən seçilməlidir?

Aşağıdakı suallar sizə sosial media platformaları seçimində yol göstərmiş olacaq:

  • Niyə reklama ehtiyac var?
  • Məhsullarınızın və ya brendinizin çatmaq istədiyi hədəf nədir?
  • Reklamlar hansı ərazilərdəki insanlar üçün nəzərdə tutulub?
  • Reklam üçün ayrılan xərclər nə qədərdir?

Bu suallar reklamın necə yerləşdiriləcəyi haqqında yol xəritəsi yaradır. Sosial media platforması müəyyən edildikdən sonra reklamlarda fərqli vizual məzmun və ya videolardan istifadə edilir. Eyni zamanda sadə və orijinal reklamlarla effektiv ünsiyyət metodu da müəyyən edilməlidir. Digər mühüm məqam isə hədəf auditoriyaya çatmaq və məlumat əldə etmək üçün marka, məhsul və ya xidmətin müəyyən aralıqlarla reklam edilməsi lazımdır.

Facebook Reklamları

İllərdir aktiv istifaəd olunan Facebook daim təkmilləşdirilərək bir çox keyfiyyətlər əlavə olunub. Bundan əlavə, hər gün milyonlarla Facebook istifadəçisinin öz hesablarına daxil olub aktiv istifadə etməsi Facebook-un üstünlüklərindən sayılır. Bu yolla bir çox insan üçün gəlir mənbəyi yaranır. İnsanların istəklərinə görə təsnifləşdirmə xüsusiyyətinə malik olan Facebook reklamları ilə insanlar maraqlandıqları sahələri tez çatırlar. Bu, insanların diqqətini daha qısa müddətdə və daha asan cəlb etməyə kömək edir.

Facebook təkcə dünyada deyil, ölkəmizdə də çox geniş yayılmışdır. Həm də ən çox istifadə edilən paylaşım platformasıdır. Facebook məzmununu hər keçən gün zənginləşdirir və istifadəçilərinə daha yaxşı istifadə rahatlığı təqdim edir. Bu səbəbdən düzgün təyin edilmiş ödənişli reklamlar böyük əhəmiyyət kəsb edir.

Brendinizi və ya xidmətlərinizi insanlara ən doğru şəkildə izah etmək və ya çatdırılmasının təminatı Facebook reklamlarıdır. Facebook ilə düzgün auditoriya ünvanlanan və geniş təəssüratlarla səbəb olacaq reklam etmək mümkündür.

Facebook paylaşımları zamanı postlara yalnız səhifənizi bəyənən insanlar baxacaq. Hədəf auditoriyanız səhifənizə abunə deyilsə, təəssüf ki, reklam etməyiniz səmərəsiz olacaq. Ancaq Facebook reklamlarından istifadə edərək, sizi izləməsələr belə, hədəf auditoriyanıza çata bilərsiniz. Facebook istifadə şərtlərinə uyğun olaraq bütün istifadəçilərə reklam göstərə bilər. Bu sayədə tam qanuni şəkildə istədiyiniz sayda paylaşımı reklam edə və çox böyük auditoriyaya çata bilərsiniz. Amma bu məqamda siz düzgün reklam etdiyinizə və reklam alətlərdən düzgün istifadə etdiyinizə əmin olmalısınız. Solvemark komandası olaraq bu işdə bizə tam etibar edə bilərsiniz və peşəkar dəstəyimizdən yararlana bilərsiniz.

Tik-Tok Reklamları

TikTok-da reklam etmək üçün sizə reklam hesabı lazımdır. TikTok Ads səhifəsində tələb olunan məlumatları dolduraraq hesab aça bilərsiniz. Bu platforma markaların hədəf istifadəçilərinin demoqrafik göstəricilərinə uyğun müxtəlif reklam variantları təklif edir.

  • Yayın Daxili Videolar (In-Feed Video): Tətbiqin içərisində “For You” səhifəsində videolar arasında keçid edərkən çıxan reklamlar
  • Brend Tanıtma (Brand Takeover): İstifadəçilərin tətbiqi açdıqlarında videolara keçməzdən əvvəl gördükləri reklamlar
  • Hastag Reklamları: “Kəşf et” səhifəsində görünən reklamlardır. Brendin bir hastag altında xüsusi rəqs, mahnı və ya skeç olaraq yaratdığı reklamlardır.
  • Influencer Reklamları: Hədəf kütlənizə təsir edəcək tanınmış Tik-Tok istifadəçiləri tərəfindən yaradılmış sponsorlu reklamlar

TikTok-da reklam edərkən hədəf auditoriyanızı müəyyən etmək çox vacibdir. TikTok istifadəçilərinin 66%-i 30 yaşdan aşağı olduğu üçün TikTok tətbiqinin daha az yaş qruplarına müraciət edən brendlər üçün düzgün reklam kanalı olduğu məlumdur.

Instagram Reklamları

Günümüzdə sosial media reklamları içərisində ən effektiv olanı Instagram reklamları olaraq qəbul edilir. Digər başqa rəqəmsal vasitələrdə olduğu kimi burada da optimallaşdırma və marketinq prinsiplərinə uyğun reklamın aparılması böyük əhəmiyyət kəsb edir.

Texnologiyanın günü-gündən sürətli inkişafı müxtəlif yeniliklərin həyatımıza daxil olmasına səbəb olur. Texnologiyanın inkişafı ilə insanların ehtiyacları çox qısa müddətdə internet və ya telefon vasitəsilə ödənilir. İnternetin bir çox insana çatması ilə sosial media şəbəkələrinə olan tələbat da artdı. Dünyada və ölkəmizdə ən çox istifadə edilən sosial media şəbəkələrindən biri də Instagramdır. Kiçik və ya böyük miqyaslı biznes sahələri üçün bir çox variant təklif edən Instagram reklamları bu baxımdan bizneslərə çoxlu imkanlar təqdim edir.

Youtube Reklamları

Google Ads vasitəsilə edilən YouTube reklamı video kontentinizi YouTube-da və ya axtarış nəticələrində reklam etməyin bir yoludur, beləliklə, istifadəçi əsayınızı maksimuma çatdıra bilərsiniz. Bu reklam istifadəçi hər hansı bir videoya baxmazdan əvvəl qoyula və ya istifadəçilərin tam olaraq izləməsi üçün YouTube axtarış nəticələrində yer tapa bilər.

Sosial Media Marketinqi Xidmətində İstifadə Olunan Reklamlar və Onların Faydaları

Birinci mərhələ düzgün hədəf auditoriyasını müəyyənləşdirmək olacaq, sonra hədəfdə qoyulan məqsədə doğru hərəkət etmək lazımdır. Sosial media reklamları bir çox müxtəlif kanallarda yer alır, Instagram, Twitter, Facebook və s. Bütün platformalarda nəzarətsiz paylaşımlar yerinə müəyyən sosial media platformalarında paylaşımlar etmək, planlaşdırılmış kampaniyalar təşkil etmək və məhsul və ya brendə uyğun optimallaşdırmaq daha məqsədəuyğun olardı. Bu nöqtədə növbəti addım düzgün platforma seçmək olacaq. SMM zamanı tez-tez istifadə olunan media platformaları Facebook, Instagram, Twitter, LinkedIn, Pinterest vəYouTube-dur. Bu platformalar arasında Facebook və Linkedn daha çox yuxarı yaş nəsil üçün, Twitter və Instagram orta yaş, Snapchat və Tik-Tok isə daha çox yeni nəsil insanlar tərəfindən izlənilir. Sosial mediadan bu kimi özəllikləri bilmək və sosial şəbəkənin reklam funksiyasından yararlanmağın bəzi üstünlükləri vardır:

 

  • Brend haqqında müəyyən bir imic formalaşır,
  • Daha çox potensial müştərilərə çatma və müştərilərlə əlaqələri inkişaf etdirmək və ya daha güclü əlaqələr qurmaq,
  • Sosial media reklamları sayəsində məhsul, marka və ya xidmətlər bir çox insana çatır və tanınma fəaliyyəti çox çətinlik çəkmədən asanlıqla və sürətli şəkildə həyata keçirilir,
  • Sosial şəbəkələrdə böyük tirajla yayımlanan reklamlar sayəsində bir gündə milyonlarla insana brendiniz haqqında məlumat əldə edə bilər,
  • Digər reklam növləri ilə müqayisədə daha az xərclə bir çox insanla qarşılıqlı əlaqə qurulur,
  • Reklama neçə nəfərin baxması və ya çatması baxımından müəyyən ölçülər müəyyən edilir və bunu strategiya tətbiq etdikdə səmərəli nəticələr əldə etmək olur,
  • Verilən reklamın çatacağı insanları dəyişməyə və ya elanın mövzusunu dəyişmək hər zaman mümkündür.
İndi Başlayın

Sosial Media Marketinqi Planlar və Qiymətlər

Ödənişsiz Məsləhət Xidmətimizdən Xəbəriniz Var?

Suallarınızı cavablayaq!

Sizə xüsusi pulsuz məsləhət xidməti təklif edirik.
İstəyirsinizsə, əlaqə məlumatlarınızı paylaşın və biz sizinlə əlaqə saxlayaq. Sizə uyğun vaxtda görüş təyin edək.