Sertifikatlı
İntensiv Veb Proqram Təminatına Giriş Təlimi

Türkiyədə 8 ildir uğurla fəaliyyət göstərən Woohoobox Şirkətinə 100.000-dən çox müştəri qazandıran peşəkar komandanın Veb Proqram Təminatına Giriş Təlimində hazır vebsayt infrastrukturlarından plaginlərə, sürət və server optimallaşdırılmasından e-ticarət saytlarının təfərrüatlarına qədər mövzular əhatə edilib. Təlim, sektor üzrə ən son biliklər, şəxsi təcrübə mübadiləsi və real tətbiqlərlə dəstəklənir.

Solvemark olaraq Veb Proqram Təminatı sahəsində təlim keçib, işləmək niyyətində olanlara dəstək olmağı hədəfləyirik. Təlimin sonunda imtahanda uğur qazanan 2 iştirakçıya iş, 2 iştirakçıya isə Solvemark-da təcrübə keçmək imkanı təklif edirik.

Baza səviyyədən başlayacağınız bu təlimin sonunda hazır infrastrukturlardan istifadə edərək şəxsi, korporativ və hətta e-ticarət saytlarını inkişaf etdirəcək səviyyəni əldə edəcəksiniz.

Wooohoobox komandasının onlayn qoşulacağı təlimin sonunda Solvemark-ın təsisçisi Elşad İbrahimov və Woohoobox-un təsisçisi Azər Şirinov təlim yerində suallarınızı cavablandıraraq təkbətək dəstək verəcəklər. Bu səbəbdən təlimdə fiziki olaraq iştirak etmək məcburidir. 

Kvota 15 nəfərlə məhduddur.


2 iştirakçıya iş imkanı,
2 iştirakçıya təcrübə
fürsəti!

Təlimin Üstünlükləri

-Təlimi müvəffəqiyyətlə başa vuran hər kəsə imzalı sertifikat təqdim edilir.

– Təlimin sonunda imtahanda uğur qazanan 2 nəfərə iş, 2 nəfərə isə Solvemark-da təcrübə keçmək təklif olunacaq. Təlimi başa vurduqdan sonra iş və təcürbə imkanı qazanan iştirakçılar üçün çox gözəl fürsətdir!

– Veb Proqram Təminatında sürətlə irəliləməyə imkan verəcək bu təlim sayəsində möhkəm təməl formalaşdıracaqsınız. Hazır vebsayt infrastrukturu ilə nələrə nail ola biləcəyinizi görmək və nə qədər sürətlə irəliləyəcəyinizi təcrübədən keçirmək naratlığınızı aradan qaldıracaq.

Bunları bilməlisiniz!

-Təlimdə fiziki iştirak məcburidir. Woohoobox Komandasının bəzi üzvləri onlayn təlim keçsə də, gündəlik təlimdən sonra Solvemark-ın təsisçisi Elşad İbrahimov və Woohoobox-un təsisçisi Azər Şirinov suallarınızı cavablandıraraq sizə təkbətək dəstək verəcəklər.

-Yalnız bütün dərslərdə iştirak etmiş və 10 saatlıq təlimi başa vurmuş iştirakçılar sertifikat almaq hüququna malikdirlər.
Davamiyyət məcburiyyəti var. Davamiyyəti olmayan iştirakçılar sertifikat almaq hüququnu itirəcəklər.

-İş və təcrübə imkanları təklif olunacaq iştirakçılar üçün meyarlar:

  • 10 saatlıq təlimin tam başa çatdırılması;
  • Dərslərdə fəal iştirakını təmin etmək;
  • İmtahanda ən yüksək bal toplayanlardan biri olmaq;
  • Veb Proqram Təminatı sahəsində davam etmək istəyi.
 

-Təlim Veb Proqram Təminatını öyrənmək istəyən və karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçündür.

-Gündəlik 2.5 saatlıq təlimdə, 1,5 saat nəzəri, 1 saat praktiki/interaktiv tədris nəzərdə tutulub.

Təlim Məzmunu

E-ticarət Məlumatları
Onlayn Mağaza üçün Tələb Olunanlar

Woocommerce Haqqında
Woocommerce Əsas Xüsusiyyətləri
Woocommerce Saytının Qurulması və Onlayn Mağazanın Qurulması

Ödəniş Metodları
Çatdırılma Metodları
Məhsul Növləri: Sadə və Variasiyalı
Məhsulun İdarə Edilməsi və Stokun İzlənməsi
Kateqoriyanın İdarə Edilməsi
Tag-ın İdarə Edilməsi
Atributların İdarə Edilməsi
Əsas SEO Konfiqurasiyaları

Optimallaşdırılmış E-ticarət Saytı
Veb Proqram Təminatını bilmədən Woocommerce ilə E-ticarət Saytı yaratmaq mümkündürmü?
Optimallaşdırılmış Mövzu Seçimi

3-cü Tərəf Woocommerce Modulları
Porto Konfiqurasiyası

-Çoxdilli E-ticarət Saytı Yaratmaq
-Sürət və Server Optimallaşdırılması
-Saytın Aktivləşdirilməsi
-Versiya Nəzarət Sistemləri (Git&Github)

8 İllik Təcrübəsi ilə Woohoobox Komandası

suleyman_1-scaled
Süleyman KENAR
PHP Tərtibatçısı
hakan 2
Hakan ÖRCÜN
Layihə Meneceri

Suallarınızı cavablayaq!

Sizə xüsusi pulsuz məsləhət xidməti təklif edirik.
İstəyirsinizsə, əlaqə məlumatlarınızı paylaşın və biz sizinlə əlaqə saxlayaq. Sizə uyğun vaxtda görüş təyin edək.